REKLAM

Qarabağda hərbi əməliyyat necə həyata keçiriləcək? - ANALİZ

27-07-2023, 15:55
Автор: webmaster
Просмотров: 96
Комментариев: 0
Версия для печати

Qarabağda Azərbaycan tərəfinin hərbi əməliyyat həyata keçirməsi ehtimalı hər keçən gün daha da artır. Əməliyyat ehtimalını hardan görürük?

Birincisi istər separatçı rejimin təxribatları, istərsə də Ermənistan tərəfinin mövqeyi bunu deməyə əsas verir. Azərbaycan tərəfinin də konkret olaraq Qarabağdakı qeyri-qanuni erməni silahlılarının tərksilah edilməsini tələb etməsi hərbi gərginliyin yaxın zamanda olma ehtimalını artır.

Azərbaycanda birçoxları əməliyyatın total olacağını, bütün qoşun növlərindən sitifadə edəcəyini iddia edir. Cəmiyyətdə gərginliyi yaradan əsas faktor da budur. Hesab edirəm ki, hərbi əməliyyat zamanı bütün qoşun növlərindən istifadə edilməyəcək. Çünki 44 günlük müharibədən sonra Azərbaycanda antiterror termini ortaya çıxdı. Antiterror əməliyyatı xüsusi əməliyyat növüdür. Bu tip əməliyyatlarda ancaq həmin sahədə ixtisaslaşmış bölmələr iştirak edə bilər. Bundan əlavə komando briqadaları da iştirakçı olacaq. Yəni, dünyanın heç bir yerində motoatıcı briqadalarla antiterror əməliyyatı həyata keçirilmir. Əks halda bu gülünc olardı.

Nəzərə almaq lazımdır ki, hər nə qədər komando briqadaları yaradılsa da, Azərbaycan ordusunun əsas hissəsi motoatıcılardır. Əgər motoatıcılar da əməliyyata qoşularsa bu zaman itki sayı çox ola bilər. Hesab edirəm ki, əməliyyata qərar verən şəxslər də bunu nəzərə alacaq.

Gələk əməliyyatın necə keçiriləcəyi ehtimalına

Əməliyyat öncə havada dronlar, qurudan isə hədədfləri dəqiq vuracaq artileriya və raketlər vasitəsi ilə qarşı tərəfin kamanda məntəqələri, qərargahlar, yanacaq anbarları, avtoparklar və cəmləşmə bölgələri vurulacaq. Eyni vaxtda Xüsusi Təyyinatlı Qüvvələr (XTQ), Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Təhlükəsizlik Xidmətinin, Sərhəd Qoşunlarının elit bölmələri hərəkətə keçəcək. Bu hissədə bir məqama diqqət yetirmək istəyirəm. Xüsusi Təyyinatlı Qüvvələr əslində keçiriləcəyi ehtimal olunan əməliyyatda sırf öz işini görə biləcək. 44 günlük müharibə zamanı XTQ həm ordunun işinin görməli oldu, həm də öz işini. Bu cür əməliyyatlar zamanı isə XTQ sırf öz işini görəcək və bu daha effektiv olacaq.

Qarşı tərəfin çox itki verməsinə o qədər də ehtiyac yoxdur. Yuxarıda qeyd etdiyim məntəqələrdən sonra qısa zamanda separatçı rejimin silahlılarında operativ və strateji post tutmuş şəxslər ya məhv edilir, ya da əsir götürülür. Əsir götürülməsi daha effektiv ola bilər. Çünki "vur" əmri verən onlardırsa, "təslim olun" əmri verən də həmin şəxslər olacaq. Beləliklə, Azərbaycan separatçı rejimin "ordusunun" qərar verənlərini aradan götürməklə qısa zaman ərzində problemi kökündən həll etmiş olar.

Hesab edək ki, "təslim olun" əmri verildi. Oradakı silahlıların neçə faizi əmri qulaqardına vurub, "vətənləri" üçün döyüşəcək? Bu 3-5 faizi keçməyəcək. 3-5 faizin məhv edilməsi isə heç də böyük çətinlik tələb etmir.

Yeri gəlmişkən, Azərbaycan tərəfi xüsusi əməliyyat həyata keçirərsə, mülki vətəndaş bundan zərər görməyəcək. Bu həm də o anlama gəlir ki, Rusiya sülhməramlılarının şəxsi heyəti də zərər almayacaq. Beləcə Azərbaycan sahədə nə Rusiya ilə üz-üzə qalacaq, nə də Qərbin sərt bəyanatları, sanksiyalarla hədələməlirini görəcək.

Xüsusi əməliyyat keçirmədən qeyri-qanuni silahlılar tərksilah olsalar, onların təxminən 50 faizi yenidən Qarabağda yaşamaq şansı qazanacaqlar. Çünki rəsmi Bakı ən azı böyüklüyünü göstərmək və xoş məramını ortaya qoymaq üçün amnistiyaya gedəcək. Yox, əgər separatçı rejim dirəniş göstərəcəksə və hərbi müdaxiləyə gərək qalacaqsa, bu o deməkdir ki, qeyri-qanuni silahlıların 90 faizə qədəri Qarabağı tərk etməli oalcaqlar. Rəsmi Bakı isə hələ də o şansı vermək niyyətində olduğunu göstərir.

Prosesin separatçı rejim üçün ağır nəticələncəyinin qarşı tərfə də fərqindədir. Ona görə də, Araik Arutunyan Putindən konkret mövqe qoymağı tələb edir. Rusiyanın Azərbaycanla uzlaşma ehtimalı daha çoxdur. İndiki məqamda ən çox diqqət edilməli məsələ sahədə Rusiya ilə qarşı-qarşıya gələcək addımlar atmamaqdır.

Səxavət Məmməd

<
Рейтинг статьи:
Нашли ошибку?   
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.