Haqqımızda

Week.az 2017-ci ilin aprelin 20-də fəaliyyətə başlayıb. Sayt xəbər portal olaraq fəaliyyət göstərir. Burada xəbərlərlə yanaşı, geniş araşdırmalar, təhlillər, müsahibələr, həmçinin, oxucunu maraqlandıran layihələr yer alır.

Portalın iş prinsipi gündəmə uyğun xəbərlər hazırlamaq, yeni informasiya istehsal etmək və oxucunu məlumatlandırmaqdır.


Portal özündə bir neçə bölməni birləşdirir.

Siyasət: bu bölmədə dövlət başçısı tərəfindən imzalanan sərəncamlar, fərmanlar, verilən qərarlar, həmçinin, keçirilən görüşlər, bir sözlə bütün rəsmi xəbərlər yer alır. Bu bölmənin yaradılmasında əsas məqsəd oxucunu maraqlandıran rəsmi xəbərlərin bir yerə toplanması və asanlıqla tapılmasıdır.

Dünya: bu bölmədə dünyada baş verən hadisələr, siyasi proseslər haqda operativ xəbər və şərhlər yer alır.

Şəhidim: Adından da göründüyü kimi burada Vətənimizin Şanlı oğulları haqqında xüsusu, xəbərlər, məktublar reportajlar yer alır.

Mədəniyyət: Bu bölmə ölkəmizin ictimai-mədəniyyət xatimləri haqqında, mədəni və turizm nailiyyətləri haqqında məlumatlar yayımlayacaq.

İdman: bu bölmədə həm yerli, həm də dünya futbol çempiontlarının son xəbərlərini, həmçinin, futbol haqda ən maraqlı və yerli oxucuların tapmaqda çətinlik çəkdiyi məlumatlar, eləcə də idmanın digər növləri haqda son məlumatlar yayımlanır.

Ölkə: bu bölmə ölkədə baş verən ən maraqlı və obyektiv xəbərləri oxucularına təqdim edir.

Maqazin: Ölkə və dünya şou-biznesi haqqında maraqlı məlumatları dərc edəcək.

Sağlamlıq: Əsas məqsədimiz – vətəndaşlarımıza müxtəlif xəstəliklərin, onların müalicə prinsipləri, diaqnostika və profilaktikası haqda faydalı və maraqlı məlumatların çatdırılmasından ibarətdir.


Ölkənin ən böyük internet medialarından biri olan Week.az öz fəaliyyətində obyektivlik və operativlik prinsiplərini əsas götürür.

Xəbər lenti